19 
Noy
2017
22:46
89
276
29634
Virtual karabakh

Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri

19 Noy, 2017
22:46
29634

Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər zaman bahalı həyat tərzi ilə gündəmə gələn Azərbaycan şou-biznes ulduzları daha çox Türkiyədə ev almağa üstünlük verirlər.

Oxu.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, İstanbul şəhərində Brilyant Dadaşova, Röya Ayxan, Nadir Qafarzadə, Zamiq Hüseynov, Ayan Babakişiyevanın mənzili var. Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Şimali Kiprdə, Samir Piriyev isə Bodrumda ev sahibidir.

Bundan əlavə, Xalq artisti, aktrisa Leyla Şıxlinskaya, müğənni Rəqsanə İsmayılova, aktyor, aparıcı Sərxan Kərəmoğlu, müğənni Nuri Sərinləndirici kimi tanınmışların Moskvada evləri var.  “Eurovision - 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın Londonda mənzili mövcuddur. Həmçinin Xalq artisti Məleykə Əsədovanın ABŞ-da evinin olduğu deyilir.

Bundan başqa, Türkiyəyə birdəfəlik köçən və orada yaşayan müğənnilər İradə İbrahimova, Günel Zeynalova, model Günay Musayeva kimi azərbaycanlı tanınmışların da qardaş ölkədə evi var.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri