15 
Noy
2017
21:27
143
105
6610
Virtual karabakh

Miri Yusifdən pərəstişkarlarına xoş sürpriz – VİDEO

15 Noy, 2017
21:27
6610

Miri Yusifdən pərəstişkarlarına xoş sürpriz – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Respublikanın əsas səhnəsi sayılan Heydər Əliyev sarayında konsertə hazırlaşan Miri Yusif bu gün pərəstişkarlarını sevindirəcək xəbərlə çıxış edib. 

Oxu.Az-ın məlumatına görə, sevilən sənətçi planlarında dəyişiklik edərək iki gün deyil, üç gün konsert verəcəyini açıqlayıb. 

Müğənninin ilk baxışdan riskli görünə biləcək bu addımı atmağa iki günlük konsertə demək olar, biletlərin hamısının satılması vadar edib. Sənətinə olduğu kimi, “ruh əkizləri” adlandırdığı fanatlarına da böyük hörmətlə yanaşan Miri Yusif hər zaman onlarla ünsiyyətdə olmaqdan zövq aldığını və  hər konsertdən sonsuz enerji topladığını durmadan vurğulayır. 

Sənətçinin sözlərinə görə, o, Miri Yusif musiqisini sevən və onu səhnədə izləmək  arzusunda olan hər bir pərəstişkarını konsertdə görmək istəyir. Məhz buna görə də, konserti 8, 9 və 10 dekabr tarixlərində, yəni üç gün keçirmək qərarına gəlib.

Solo karyerasına başladığı anda olduğu kimi, bu dəfə də müğənniyə əsas dəstək verən “SS Production”dur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri