Dek
2017
18:00
94
389
12559
Virtual karabakh

Talıb Tale evlilikdən danışdı: Gündə qohumlardan ən azı 2 şəkil gəlir - VİDEO

8 Dek, 2017
18:00
12559

Talıb Tale evlilikdən danışdı: Gündə qohumlardan ən azı 2 şəkil gəlir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Konsertə hazırlaşırıq. Geniş miqyaslı konsertdir. Proqramı iki günlük planlaşdırmışıq. Ola bilər ki, üç günlük də olsun. Konsert 14-15 fevral tarixlərində Heydər Əliyev Sarayında olacaq. Ansamblla bərabər indidən hazırlıqlar gedir. Düşünürəm ki, mənim konsertim tam fərqli olacaq. Çünki artıq təcrübə də toplamışam. Bu il təxminən 20-yə yaxın konsert vermişəm”.

Oxu.Az-ın Milli.Az-a istinadən məlumatına görə, bu sözləri “ARB Ulduz”un “Virtual həyat” proqramına açıqlamasında müğənni Talıb Tale deyib.

Evlilik məsələsində günü günə satıb xeyir işini ertələyən Talıb, belə görünür ki, hələ ürəyincə olan bir xanımla rastlaşmayıb: "Evlənməyimi çoxdan deyirlər. Gərək daxildən həvəs olsun. Bir ara gəldi o həvəs, indi o qədər iş həvəsi var ki. İstəyirəm evlilik məsələsini önə çəkim, alınmır. Digər bir tərəfdən, hələ ürəyimcə olan insan da qarşıma çıxmayıb.

Əsas xarakterimiz düz gəlməlidir. Qorxuram bundan. Evlililik çox ciddi addımdır. Mənə çox çətin gəlir.

Mənə gün ərzində qohumlardan ən az iki şəkil gəlir. Baxıb deyirəm ki, şəkillə evlilik olmur".

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri