20 
Dek
2017
09:10
105
34
10890
Virtual karabakh

Əlixan Rəcəbov: Bəzən onların kölgəsi altında qalırdım - FOTO

20 Dek, 2017
09:10
10890

Əlixan Rəcəbov: Bəzən onların kölgəsi altında qalırdım - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cinemazadeh” studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı “Kəklikotu” filmi dekabrın 21-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçılara təqdim ediləcək.

Oxu.Az filmdə baş rollardan birini canlandıran vayner Əlixan Rəcəbovla müsahibəni təqdim edir:

- Filmdə yaratdığınız obraz barədə oxucularımıza məlumat verməyinizi istərdik...

- Mən filmdə arıq, cılız, uğursuz mafiya başçısını oynayıram. Qəhrəmanım həmişə bir işə başlayanda, hansısa hərəkətə cəhd edəndə yıxılır, sonu uğursuzluqla nəticələnir.

- İlk dəfədir ki, baş rolda çıxış edirsiniz. Belə bir obrazı canlandırmaq çətin idi?

- Əlbəttə, çəkiliş meydançasında çətin vəziyyətlər yaranırdı. Ancaq onları dəf etməyə çalışırdım. Həyatımda ilk dəfə idi ki, peşəkarlarla işləyirdim. Bəzən onların kölgəsi altında qalır, bəzən isə həmin kölgədən çıxmağı bacarırdım. Rejissorlar Cəfər Axundzadə və Vüqar İslamzadə ilə işləmək olduqca zövqlü idi.

- Filmdə improvizələr edə bilmisiniz?

- Bəli. Bəzən süjet xəttindən kənaraçıxmalar baş verirdi. Həmin anlarda mən, rejissor və ssenari müəllifləri birgə qərara gələrək improvizələri həyata keçirirdik.

- Sizcə, son zamanlar niyə komediya filmlərinə daha çox üstünlük verilir?

- Bəzən izləyicilər soruşurlar ki, niyə dram çəkmirsiniz? Dram nümayiş olunanda isə baxmırlar. Komediya elə bir janrdır ki, heç olmasa ən azı bir saat və daha artıq vaxt ərzində insanlar onları daima narahat edən problemlərdən uzaq olurlar. İndi həmin vəziyyətdə olan adamlar çoxdur. Onlar bir az da olsa gülmək, əylənmək istəyirlər.

- Filmin uğur əldə edəcəyinə inanırsınız?

- Əslində, bu suala əminliklə cavab verə bilmərəm. "Kəklikotu" ən uğurlu və ya ən uğursuz film də ola bilər. Bunu isə zaman göstərəcək.

Qeyd edək ki, Oxu.Az saytı “Kəklikotu” filminə informasiya dəstəyi verir.

A.H., A.S.
Foto: Ehtiram Jabi

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri