15 
Yan
2018
17:15
17
40
5806
Virtual karabakh

Vatan Şaşmaz cinayətinin detalları bəlli oldu

15 Yan, 2018
17:15
5806

Vatan Şaşmaz cinayətinin detalları bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Eks-model Filiz Aker tərəfindən Beşiktaşda lüks bir hoteldə öldürülən aparıcı Vatan Şaşmazın məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, 27 avqust 2017-ci ildə Vatana dörd güllə vuran Filiz Aker daha sonra özü intihar etmişdi.

Beş aydır davam edən istintaq prosesi zamanı Filiz Akerin heç kim tərəfindən məcbur edilmədiyi və cinayəti öz şəxsi hesablaşması üçün etdiyi ortaya çıxıb. 

İstintaq zamanı Akerin telefonunda aparılan araşdırmalarda “Siyanur” zəhərli maddəsi, “Silah asılqanları harada satılır?”, “Orqanlarımı necə bağışlaya bilərəm?”, “Öləndən sonra bədən niyə ağırlaşır?” və “Ölü insanın bədəni niyə bərkiyir?” kimi sözləri axtarışa verib, məlumat topladığı ortaya çıxıb.

Filiz Akerin və Vatan Şaşmazın hadisə baş verən günü və ondan öncə danışıq və mesajlaşmaları da məhkəməyə təqdim edilib. Öldürüldüyü gün Şaşmazın Filizə “Gəlirəm”, “Az qaldı” kimi mesajlar da atdığı məlum olub. Tibbi ekspertiza dörd güllənin də öldürücü təsir daşıdığını, aparıcının uzaq məsafədən güllələndiyini vurğulayıb.

Hadisə zamanı Filiz Akerin sağ əlində olan qanlı əlcəklərin də ədliyyədə qalmasına qərar verilib.

İstanbul Baş Prokurorluğu isə cinayətkarın özünü öldürdüyünü bildirərək cəza veriləcək heç kimin olmadığını deyib. Bununla da Vatan Şaşmaz cinayətinin istintaq prosesi yekunlaşıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri