16 
Yan
2018
10:07
47
13
4882
Virtual karabakh

Fahriye Cennifer Lopezlə reklam filmindən sərvət qazanacaq

16 Yan, 2018
10:07
4882

Fahriye Cennifer Lopezlə reklam filmindən sərvət qazanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur bir kosmetika firmasının çəkdiyi reklamda Cennifer Lopezin partnyoru olaraq Fahriye Evcenə təklif veriləcək.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, rol aldığı seriallardan sonra reklam filmlərinə də çəkilən Fahriye ötən illərdə “Loreal” firmasının siması idi. Bu il üçün də namizədlər sırasında ilk yerdə onun adı çəkilir.

Reklam kampaniyasının siması olacaq digər ulduz isə Cennifer Lopezdir. Brendlə daha əvvəllər də çalışan Ceylo dünya miqyasında üç fərqli məşhurla kamera qarşısına keçəcək. Türkiyədən olan məşhur isə Fahriye Evcendir.

2016-cı ildə “Loreal”ın reklam kompaniyasından 1 milyon 200 min lirə qazanan Evcenin indiki müqaviləsində üç qat pul qazanacağı iddia olunur.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri