15 
Fev
2018
11:05
51
61
5182
Virtual karabakh

Rəqsanə: Ərim heç kəsin kişisi deyil

15 Fev, 2018
11:05
5182

Rəqsanə: Ərim heç kəsin kişisi deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəylə Nadir Qafarzadənin ad günündə olan görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, onun bu videosu müzakirələrə səbəb olub.

Hər kəs Rəqsanənin ailəli biri ilə münasibətdə olduğunu yazıb. Bu tənqidlərdən əsəbiləşən Rəqsanə nikah şəhadətnaməsini paylaşıb.

Sənətçi rəsmi nikahda olduğunu bildirib:

“Bu gün mənim ərimlə nikah bağladığımız gündür. Çoxdan bərabərik, sadəcə olaraq, nikahı bir az gec bağlamışıq. Nikah şəhadətnaməsini paylaşmaqda məqsədim odur ki, ötən gün yoldaşımla bir balaca görüntü paylaşdım.

Saytlar yazıb ki, Rəqsanə ad gününə əri ilə birgə gəlib. Yazmaqlarına bir iradım yoxdur. Lakin sosial şəbəkələrdə yazılan şərhləri oxudum, dəhşətə gəldim. Biz, həqiqətən də, qılınc müsəlmanıyıq. Bu qədər aqressiya, insafsızlıq olarmı? O yazanları tapıb bir-bir otuzdurasan, soruşasan ki, nəslini-kökünü tanıyırmı?

Yazırlar ki, kiminsə ailəsini dağıtmışam. Allah uzaq etsin, heç bir qadına qarşı bu hərəkəti etmərəm, qəbul belə edə bilmərəm. Nə də ki, kiminsə ailəsi ola-ola ikinci qadın olmaram. Mənim olan mənə aid olmalıdır.

Həyat yoldaşım neçə il bundan qabaq rusiyalı xanımla ailəli olub, ayrılıb. Heç kimin evini dağıtmamışam, ərim heç kimin kişisi deyil, halal nikahlımdır. Bu sənədi paylaşıram ki, sakitləşin”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri