21 
Fev
2018
09:25
18
71
4126
Virtual karabakh

Sibel Can nənəsi və dayısını evindən çıxardı

21 Fev, 2018
09:25
4126

Sibel Can nənəsi və dayısını evindən çıxardı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış türkiyəli müğənni Sibel Can nənəsi və dayısına illər öncə aldığı evi satışa çıxarıb.

Oxu.Az məlumat verir ki, “Duymayan kalmasın” proqramında yer alan xəbərə görə, 2006-cı ildə anası Əminə Sezeri itirən Sibel təsəllini alzaymer xəstəsi olan nənəsi və dayısına üç mərtəbəli ev almaqda tapıb.

İstanbulun Karagümrük səmtində yerləşən evin yaxınlığında Canın başqa əmlakları da olub. Ancaq bu yaxınlarda sənətçi Karagümrükdə olan bütün əmlaklarını satışa çıxarıb. Nəticədə nənəsi və dayısı evsiz qalıb.

Sibel Can bu müddət ərzində məcburiyyətdən oğulları və qızlarının evində yaşamağa başlayan nənəsi ilə maraqlanmayıb.

Yaşanan bu hadisədən sonra qonşuları Sibel Canı vəfasızlıq etməkdə günahlandırıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri