21 
Fev
2018
17:00
31
76
6484
Virtual karabakh

Restoranda 154 minlik hesab ödədi – FOTO

21 Fev, 2018
17:00
6484

Restoranda 154 minlik hesab ödədi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı repçi Cey Zi dostunun doğum günü partisində ödədiyi hesabla diqqət çəkib.

Oxu.Az xəbər verir ki, ifaçı ötən həftəsonu “Roc Nation Sports”un prezidenti Xuan Perezin ad gününə qatılıb.

“Page Six”in xəbərinə görə, beş nəfərin iştirak etdiyi partidə bir gecədə 40 şampan sifariş edilib. İçkiləri digər masalara da paylayan repçi 80 min 35 dollarlıq hesabdan əlavə, ofisiantlara da 11 min 100 dollar bəxşiş verib.

Şampan şüşəsinin qiyməti isə 1200 dollar olub. Zi gecədə ümumi olaraq 91 min 125 dollar, təxminən 154 min 893 AZN hesab ödəyib.

Qeyd edək ki, Cey Zi dünya şöhrətli müğənni Beyonsun həyat yoldaşıdır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri