17 
Apr
2018
11:05
50
194
16847
Virtual karabakh

Nigarın paylaşımı qalmaqal yaratdı – FOTO

17 Apr, 2018
11:05
16847

Nigarın paylaşımı qalmaqal yaratdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Eurovision 2011” müsabiqəsinin qalibi, müğənni Nigar Camalın “Instagram” paylaşımı qalmaqala səbəb olub.

Belə ki, səhifəsində dünya ulduzu Cennifer Lopezin fotosunu paylaşan ifaçı fərqli reaksiyalarla qarşı-qarşıya qalıb.

Bu barədə Oxu.Az-a açıqlama verən müğənni bu addımı insanların reaksiyasını yoxlamaq üçün etdiyini deyib:

“Mən Cenniferin şəklini zaraftyana paylaşmışdım. Yoxlamaq istəyirdim ki, görüm, kim nə deyəcək. İnsanlar fərqli reaksiyalar verdilər. Az qala məni daş-qalaq edirdilər”.

Qeyd edək ki, istifadəçilər Cenniferlə Nigarı bir-birindən ayırd edə bilməyib, onlar ifaçının alt paltarsız küçəyə çıxdığını zənn ediblər.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri