17 
Apr
2018
17:35
208
908
66353
Virtual karabakh

Roza Zərgərli: Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər

17 Apr, 2018
17:35
66353

Roza Zərgərli: Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Roza Zərgərli maraqlı açıqlaması ilə diqqət çəkib.

Oxu.Az Axsam.az-a istinadən xəbər verir ki, sənətçi illərdir omba sümüyü xəstəliyindən əziyyət çəkdiyini bildirib:

“Liposaksiya etdirmişəm. Neçə ildir omba sümüyü xəstəliyindən əziyyət çəkirəm. Yeriməyimdə problem yaradırdı. Canım çox ağrıyır. Əməliyyat etdirdim ki, çəkim azalsın. Omba nahiyəsindəki sümüyə düşən ağırlıq azalmalı idi. Həm də pəhriz saxlayıram. Ona görə də formam qabarıq görünür. Bu da vecimə deyil”.

Roza sosial şəbəkədə onu erməni əsilli dünya ulduzu Kim Kardaşyana bənzədənlərə əsəbiləşib:

“Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər. Ayıb olsun, mənim qədər vətənpərvər yoxdur. Bütün dövlət tədbirlərində iştirak edirəm. Məni o erməniyə bənzədirlər. Bunu da sifarişlə yazdırırlar. Dünən ortaya çıxan sıçovullar etdirir. Deyirlər, ay it, kimi tutarsan, deyir, çörək verəni”.


www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri