20 
Apr
2018
10:06
24
354
16046
Virtual karabakh

Amaliya Pənahova fotoqrafları hədələdi – VİDEO

20 Apr, 2018
10:06
16046

Amaliya Pənahova fotoqrafları hədələdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova ATV kanalında yayımlanan “Bizimləsən” proqramına telefonla bağlanaraq müzakirələrə səbəb olan fotosundan danışıb. 

Oxu.Az xəbər verir ki, məşhur aktrisa açıqlama verərək fotosunun düzgün çəkilmədiyini deyib:

“Onlar şəklimi çəkmək istəyəndə təhrifə yol veriblər. Dünən başqa foto da çəkilmişdi. İndi mənim telefonumdadır. O fotonu göndərə bilərəm. Sadəcə olaraq, bunu edənlər məxsusi olaraq işığı düz tutmurlar, təsadüfən çəkirlər. 

Biri əlini kürəyinə qoyub şəkil çəkdi. Elə foto necə alınmalıdır? Mən də qalmaqal yaratmaq istəmirəm. Onlara nə deməliyəm? Bu, birinci hərəkət deyil. Məni təkləyiblər. Görünür, aidiyyəti orqanlara müraciət etməliyəm”.

Daha sonra aktrisa Zaurun “Yenidən plastik əməliyyat olunmusunuz” sualına “Yox, mənim başım başqa məsələlərə qarışıqdır”, - deyə cavab verib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri