18 
May
2018
18:46
134
42
7247
Virtual karabakh

Rozadan əkizlərə: Anası onlara tərbiyə verməyib

18 May, 2018
18:46
7247

Rozadan əkizlərə: Anası onlara tərbiyə verməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV kanalında yayımlanan “Xüsusi layihə” proqramının qonağı müğənni Roza Zərgərli olub.  

Oxu.Az xəbər verir ki, ifaçı proqram zamanı Sevil və Sevinc Səfərovalardan danışıb. 

Müğənni bacıları tənqid edib:

“Onların direktoru, meneceri-prodüseri, “Youtube” işlədəni idim. Geyimlərilə də məşğul olurdum. Əkizlər illər əvvəl Röya Ayxanın konsertində DJ kimi çıxış ediblər. Onları himayəmə götürəndə bundan xəbərim yox idi. Belə bir tələ qurulmuşdu.

Xəbərdar olmadan qızları dövlət tədbirində gördüm. Dörd ay sonra onlarla layihə etmək qərarına gəlim.

Bacımla əkiz olmuşuq. Bacım dünyasını dəyişib, onun xatirəsi üçün qızlara dəstək durdum. O vaxtlar toylara getmirdim, mənə 10 min təklif olunanda, əkizləri 3-4 min manata öz yerimə göndərirdim.

İndi mənim haqqımda belə danışırlar. Anaları onlara düzgün tərbiyə verməyib”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri