20 
May
2018
00:17
763
62
13255
Virtual karabakh

Kənan Doğulu səhnəyə Azərbaycan bayrağı ilə çıxdı – FOTO + VİDEO

20 May, 2018
00:17
13255

Kənan Doğulu səhnəyə Azərbaycan bayrağı ilə çıxdı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur ifaçısı Kənan Doğulu bu gün “Bakı Konqres Mərkəzi”ndə konsert verib.

Oxu.Az xəbər verir ki, konsert zamanı sevilən hitlərini səsləndirən müğənni möhtəşəm performansı ilə diqqət çəkib.

Qardaşı dj Ozan Doğulu, 3 “backvocal”ı və musiqiçiləri ilə səhnədə olan sənətçi Azərbaycana məxsus olan “Ayrılıq” mahnısını səsləndirib.

Daha sonra sönük konsertə öyrəşmədiyini deyən müğənni tamaşaçıların arasına enərək, onlarla fotolar çəkdirib.

Bu zaman konsertə gələnlər arasında növbə yaranıb və izdiham yaşanıb.

Tamaşaçılara rəqs etməyi tələb edən Doğulu bu istəyinə nail olub.

Coşğulu keçən konsertdə müğənninin səhnəyə Türkiyə və Azərbaycan bayraqlarını çıxarması isə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Konsert boyu 2 dəfə geyim dəyişən Kənan Bakıya gələndə həyəcan keçirdiyini və buradan enerjili döndüyünü söyləyib.

Pərviz Hüseyn

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri