25 
May
2018
09:48
35
177
5086
Virtual karabakh

Məşhurlar “Challange”də birləşdilər – VİDEO

25 May, 2018
09:48
5086

Məşhurlar “Challange”də birləşdilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, dörd gün sonra “Maşın” realiti şousu start götürəcək.

Oxu.Az xəbər verir ki, Azərbaycanın ən reytinqli realiti şousu mayın 29-da ATV kanalında möhtəşəm açılışla yayıma başlayacaq. 

Bununla bağlı artıq bir neçə həftədir ki, maraqlı paylaşımlar və kreativ çarxlar ard-arda işıq üzü görür. Bunlardan biri də “Maşın”ın 16-cı sürətinin SMM xidmətini reallaşdırmaq üçün “MGP” ilə birgə iş görən “Light in black” şirkətinin kreativ ideyasıdır. 

“Challange” xarakterli bu video-çarx “Maşın – on/off” üslubunda çox maraqlı bir tərzdə hazırlanıb və tez bir zamanda sosial medianı bürüyüb. Buna səbəb isə “Challange”da məşhurların çəkilməsi olub.

“Light in black”in “MGP” ilə ilk işi olan bu çarxı sizə təqdim edirik.

Qeyd edək ki, “Xanımlar və cənablar-2“ adlanan “Maşın” realiti şonun 16-cı sürəti, doqquz xanım və doqquz cənabla öz yoluna davam edəcək. Sevilən 18 məşhurun  adı tam məlum olmasa da, “MGP”nin  paylaşdığı  sosial media çarxlarından, ”Xanımlar və cənablar-2”nin  də  çox iddialı, ulduzlarla dolu, möhtəşəm və ən əsası, 18 gün zirvəni əldən verməyəcək bir şou olacağı görünür.

Şounun rəsmi informasiya tərəfdaşı Baku.TV videoportalıdır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri