İyn
2018
12:41
56
374
15781
Virtual karabakh

Aytən və Mətanət davasının pərdəarxası – VİDEO

2 İyn, 2018
12:41
15781

Aytən və Mətanət davasının pərdəarxası – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün “Maşın” şouya Aytən Səfərova və Mətanət Əliverdiyevanın arasında yaşanan gərginlik damğa vurub.

Oxu.Az iki aparıcının qarşıdurması, Aytən və Cavidan Novruz arasında olan qalmaqalın təfərrüatını təqdim edir.

Belə ki, hadisələrin qığılcımlanmasına səbəb iştirakçıların sponsor çəkilişi üçün klinikaların birində olduğu zaman baş verib.

Aktyor Cavidan Novruzun xəstəxanada ucadan danışması və zarafatlar etməsi Səfərovanı narahat edib.

Daha sonra avtomobil ətrafına yığışan zaman Cavidanın eyni hərəkətlərə davam etməsi Səfərovanı özündən çıxarıb.

İştirakçılar səsvermə prosesini həyata keçirib, qutuya şəkil atarkən Aytən Cavidanın yanında olan Azər Axşama öz iradını bildirib.

Azər Axşamın Cavidanı müdafiə etməsi isə Səfərovaya pis təsir edib.

“Azər, sən özünün yerinə cavab ver. Biz iş yoldaşı deyilik? Sən niyə Cavidanı müdafiə edirsən ki? Onun vəkilisən? Cavidanın etdiyi etikasızlıq və tərbiyəsizlikdir”, - deyə Aytən bildirib.

Azər Axşam isə Səfərovanı Cavidanın yanında başqa cümlələr işlətməkdə, indi isə başqa sözlər deməkdə günahlandırıb və qalmaqalın daha da qızışmasına şərait yaradıb:

“Bunları Cavidanın üzünə de. Burada niyə deyirsən ki?”

Aytən isə cavabında “Yüz dəfə demişəm, bir insan başa düşmürsə, neyləməliyəm? İnsanda “ponyatka” olmalıdır”, - deyərək iştirakçıların pavilyonda olan otağına yollanıb.

Otaqda isə onun Cavidanla olan qalmaqalı baş tutub. Qalmaqal zamanı Roza Zərgərli Aytən Səfərovaya dəstək olub.

Davanın qızışmasına səbəb olan Azər Axşam isə Aytənlə aralarında olan söhbəti Mətanət Əliverdiyevaya danışıb. Ancaq aparıcı dava zamanı sakit dayanaraq müdaxilə etməyib.

Aytənlə bir zamanlar eyni proqramı aparan Əliverdiyeva isə Cavidanı dəstəkləyib və Aytənin ardınca “Əsəbləşmə, başın xarabdır sənin? Aytən kimdir ki, ona görə əsəbiləşirsən? O, ömrü boyu ... olub. Onu məndən başqa yaxşı tanıyan yoxdur. Ağzının danışığını bilmir”, - sözlərini işlədib.

Onun bu sözləri işlətdiyi kadrlar isə canlı yayım zamanı Mətanətin iç üzünü ortaya çıxarıb.

Əliverdiyeva daha sonra dediyi sözlərə haqq qazandıraraq “Burada ən pozitiv insan mən və Cavidandır. Nə etməliyik? Bir nöqtəyə baxmalıyıq? Mən burada şpaqat açıram, idman edirəm. Əcəb edirəm, pozitiv xanımam, kimə nə?

45 yaşımda bunu edirəm, sən də elə! Məni hövsələdən çıxarma. Biz çox gözəl zarafatlar edirik. Mən belə qadınam. Kimə xoşdursa, baxsın, xoş deyilsə, xoş getsin!”, - deyə özünü müdafiə edib.

Aytən isə 2015-ci ildə Mətanəti müdafiə etdiyi üçün ANS-dən çıxdığını dilə gətirib:

“Mən xalqın qarşısında şpaqat aça bilmərəm. Üstümə qışqırma! Əzizim, səni Azərbaycan xalqı yaxşı tanıyır. Emosional ola bilərəm, açıq sözlüyəm. Mən, Aytən Səfərovayam. Məhz dünya jurnalistika tarixində sözünü deyən, sözü kəsərli olan jurnalistlər tarixdə qalıb.

İlk gündən demişdim ki, heç bir həmkarıma toxunmayacam. Biz burada “Azad Azərbaycan” ailəsinin üzvləriyik. Əslində, düz deyir. Mətanətdən yaxşı məni tanıyan yoxdur. Ona görə ki, bir neçə il bundan əvvəl səni müdafiə edərək işdən getmişdim. Ayıb olsun sənə, Mətanət, çox ayıb olsun!”

Aparıcılar arasında olan qalmaqal reklam zamanı daha da şiddətlənib. Şounun əməkdaşları və Murad Dadaşov araya girərək hər iki aparıcını sakitləşdirib.

Bu gün isə səsverməyə Aytən Səfərovanın çıxacağı güman edilir. O, səsverməyə çıxarsa, Mətanəti şoudan kənarlaşdıracaq.

Qeyd edək ki, “Maşın” şou bu gün saat 22:15-də ATV-də ekrana gələcək.

Şounun rəsmi informasiya tərəfdaşı Baku TV videoportalıdır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri