14 
İyn
2018
18:42
30
64
5830
Virtual karabakh

Səbinə Əskərova: Kütlə üçün mahnı oxumuram – VİDEO

14 İyn, 2018
18:42
5830

Səbinə Əskərova: Kütlə üçün mahnı oxumuram – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Səbinə Əskərova “Eqo” adlı yeni klipini təqdim edib. Amerikansayağı tərzdə çəkilən ekran işi fərqli görüntülərə səhnə olub.

Oxu.Az-a açıqlama verən müğənni bildirib ki, insanların mahnını və klipi bəyənib-bəyənməyəcəyini bilmir:

“Kütlənin bəyənib-bəyənməməyindən əmin deyiləm. Onların hansı tərzə üstünlük verdiyini son zaman görmək elə də çətin deyil. Ona görə də, mənim mahnımı eşidib, klipimə baxanda deyəcəklər ki, bu nə klipdi, bu nə mahnıdı belə.

Mən kütləyə görə oxumuram, bunu etsəm 500 manata mahnı alıb, 1000 manata da klip çəkdirib deyərəm ki, buyurun dinləyin. Özüm nəyi sevirəmsə, onu etmək istəyirəm. Nəyəsə görə sevmədiyim addımlar atmaq istəyim yoxdur. Təbii ki, zövqlər fərqlidir.

Öz dinləyicilərim var. Düzdü, azdır. Ancaq keyfiyyətə kəmiyyətdən daha çox üstünlük verirəm. Hər kəsin də seçiminə hörmətlə yanaşıram. İnanıram ki, tez bir zamanda musiqi zövqümüzdə dəyişikliklər olacaq və milli popumuz 2000-ci illərdəki populyarlığını geri qazanacaq”.

Qeyd edək ki, sözləri Şəhriyar Raazanzadə, musiqisi Nəzrin Vəlizadə və Orxan Bağırova məxsus mahnının klipini Alejandro Asseyin ərsəyə gətirib.

Ekran işi üç fərqli məkanda üç gün ərzində çəkilib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri