Sen
2018
08:57
69
244
40165
Virtual karabakh

Bu mövsüm yerli seriallar hər kəsi ekrana kilidləyəcək - SİYAHI + VİDEO

7 Sen, 2018
08:57
40165

Bu mövsüm yerli seriallar hər kəsi ekrana kilidləyəcək - SİYAHI + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni mövsümün başlamasına artıq bir neçə gün qalıb. Yerli əhalinin türk seriallarına marağı çox olsa da, əyalətlərimizdə Azərbaycan seriallarının da izlənmə payı yüksəkdir.

Əvvəllər daha çox komediya serialları izlənsə də, son illərdə dram janrında çəkilən ekran işlərinə maraqla baxılır. Bunun bariz nümunəsi ötən mövsüm final edən “Vicdan haqqı”, “Ögey ana” kimi seriallar və hələ də davam edən “Ata ocağı”, “İmtahan” kimi ekran işləridir.

Bəs bu mövsüm kanallarımızda hansı seriallar yayımlanacaq?

Oxu.Az həmin siyahını təqdim edir:

Tezliklə evlənməyə hazırlaşan Murad İsmayıl Ülviyyə Xəlilbəyli “Rəna” “Kamran” obrazlarını canlandıracaqlarıı “Uçurum” serialı ilə ARB TV-nin efirində olacaqlar.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Tezliklə Arb'də...😉

Публикация от 🎵🎤Murad ismayil🎬📽 (@murad_ismayil)

İddialı tizeri və treyleri ilə sosial mediada maraqla qarşılanan “Könül Yarası” serialı da ARB-də yayımlanacaq. Baş rollarında Fidan Axundova, Tural Baxış, Ziya Ağa, Zarina Qurbanova, İbrahim Çingiz, Qorqud Cəfərin çəkildiyi serialda “Camal”ın özündən 12 yaş böyük “Bahar”ı sevməsi əks olunur. Azərbaycan reallığında düzgün qarşılanmayan yaş məsələsini qabardan serial tabuları yıxmağa gəlir.

İndiyədək dilimizdə əzbər olan dialoqları ilə “Təhminə” filminin serial versiyası olan “Təhminə və Zaur” serialı isə ATV-də yayımlanacaq. Həftəiçi beş gün yayımlanan serial 17 sentyabrdan etibarən başlayacaq.

Serialda “Təhminə”ni Natavan Ələkbərova, “Zaur”u Cövdət Şükürov, “Spartak”ı isə Cavidan Novruz canlandırır. Bundan başqa serialda Əməkdar artist Mehriban Xanlarova, aktrisalar Zemfira Əbdülsəmədova, Xumar Səlimova, Nərgiz Əliyeva da yer alır.

“İmtahan” serialı ikinci mövsümü ilə “Xəzər” TV-də davam edir. Ekran işini tərk edən aktyorlar olsa da, “5-ci element” proqramının eks-aparıcısı Fariz İlyasov serialla ekranlara qayıdır. Tələbə və müəllim münasibətlərinin fərqli tərəflərinin göstərildiyi serial 10 sentyabrdan etibarən yayımlanacaq. 

“Ata ocağı” iddialı ikinci mövsüm treyleri ilə diqqət çəkib. Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayıl, Əməkdar artistlər Ayşad Məmmədov, Elnur Kərimov və başqalarının möhtəşəm aktyor oyunu ilə ötən mövsümün ən baxılan seriallarından olan “Ata ocağı” da 10 sentyabrdan etibarən efirdə olacaq.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

#ataocagi 10 SENTYABR saat 21.55 də @xezertvofficial

Публикация от Ataocagiofficial (@ataocagiofficial)

Azərbaycanın ən uzun serialı olan “Bacanaqlar” 10-cu mövsümü ilə qaldığı yerdən davam edir. Bu mövsüm “Təzə bacanaqlar” şüarı ilə yayımlanan ekran işində Pərvin Abıyeva, Fidan AxundovaCavidan Novruz olmayacaq. Serialda yeni simalar isə aktrisa Günay Əhməd, Mina Hüseyn, Fərda Xudaverdiyev  Arzu Rzayevdir. ATV-də yayımlanan ekran əsəri həftədə bir dəfə efirə gedir.

“Qız atası” komediya serialı isə dördüncü mövsümünü yenə də ATV-də davam etdirəcək. Vidadi və qızlarının macəraları tamaşaçıları ekran başına kilidləyəcək. Bu mövsüm ekran işinə Əməkdar artist Tünzalə Əliyeva da qatılıb.

“Xəzər” TV-də yay aylarından start götürən “Ay yay yay” serialı bu mövsüm davam edəcək. Serialda baş rolları  Rəhimə Qüdrətova Tural Baxış canlandırır.

“Xalxın evi” serialı da “Xəzər” TV-nin bu mövsüm yayımlanacaq komediya serialları arasında yer alır. Serialda Çingiz Əhmədov, Rəsul Abbasov kimi aktyorlar çəkilir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

40-bolum

Публикация от XALXIN EVI (@xalxin_evi)

“Niyə?” filmi də serial formatına salınan yerli ekran işləri sırasındadır. Bu mövsüm “Xəzər” TV-də yayımlanacaq serialda baş rolları ənənəvi olaraq Müşfiq Şahverdiyev Fərda Xudaverdiyev canlandırır.

Komediya seriallarına ağırlıq verən “Xəzər” TV-də daha bir ekran işi “Toydan sonra”dır. Serialda Əməkdar artist Tünzalə Əliyeva, aktyor Elcan Rəsulov və başqaları rol alır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri