Sen
2018
15:30
170
49
11071
Virtual karabakh

Azərbaycanın adı dünyaca məşhur serialda - VİDEO

7 Sen, 2018
15:30
11071

Azərbaycanın adı dünyaca məşhur serialda - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş rolunda Con Kransiskinin oynadığı dünyaca məşhur “Jack Ryan” (Cek Rayan) serialında Azərbaycandan bəhs edilib.

Oxu.Az xəbər verir ki, ekran işinin seriyalarının birində ebola virusundan kimyəvi silah hazırlayaraq, hava vasitəsilə insanlara yaymaq istəyən iki nəfər şəxs şübhəli hesab olunur.

Onların axırıncı görüntüsü isə Azərbaycan hava limanında çəkilir. Sözügedən şəxslərin Azərbaycana şəxsi təyyarə ilə Qərbi Afrikadan, yəni Liberiyadan gəldiyi bildirilir.

Bundan başqa, Azərbaycanın Qafqazda yerləşməsi, zamanında Sovetlər Birliyinin əsas tərkib hissəsi olduğunu da vurğulanır.

Qeyd edək ki, Cek Rayan Tom Klensinin ən çox bəyənilən roman qəhrəmanlarından biridir. Bu günədək Cek Rayanla bağlı bir neçə film çəkilib.

Bu məqamda bildirək ki, Tomas Leo Klensi Ceyer soyuq müharibə dönəmləri və ondan sonrakı illərdə yazdığı siyasi və hərbi romanlarla məşhurlaşan amerikalı yazardır. Yazdığı romanlarda həqiqətə söykənən və texniki detallara xüsusi fikir verən Klensi eyni zamanda hərbi və texnoloji mövzularla bağlı bir sıra əsərin müəllifidir. 

O, 66 yaşında olarkən 2013-cü ilin noyabr ayında vəfat edib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri