12 
Sen
2018
15:25
46
155
6363
Virtual karabakh

Aygün Kazımova: Sənət üçün riskli addımlarım şəxsi həyatıma ziyan vurub

12 Sen, 2018
15:25
6363

Aygün Kazımova: Sənət üçün riskli addımlarım şəxsi həyatıma ziyan vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Aygün Kazımova ötən gün “Instagram”ın canlı yayımında sualları cavablandırıb.

Oxu.Az xəbər verir ki, Kazımova qalmaqallardan qaçmasına belə münasibət bildirib:

“Mən heç vaxt qalmaqallı insan olmamışam. Olub ki, haqqımda nə isə deyiblər, rəylər səsləndiriblər və mən də müdafiə olunmaq üçün hansısa cavabı verəndə böyük qalmaqala səbəb olub.

Adətən, qarşı tərəf danışanda elə də böyük söz-söhbət yaranmırdı. Amma mən öz fikrimi bildirəndə məsələ böyüyürdü. Bəlkə də, bunu büruzə verməmişəm, amma bu, hər zaman səhhətimə mənfi təsir göstərib. Qalmaqal məni geri atıb ki, qabağa aparmayıb.

Həyat tərzi, peşəkarlıq və əsas da təcrübə ona gətirib çıxarır ki, mən bugünkü Aygün oldum. Həqiqətən də, qalamaqal məni maraqlandırmır. Kimsə mənə söz atanda ona cavab verməyə can atmıram. Doğrusu, heç buna vaxtım da yoxdur. Zamanımı maksimumum dərəcədə özümə və sənətimə ayırıram”.

O, həmkarlarının bayağılıqda ittiham etdiyi ifaçılar barədə isə bunları deyib:

“Əgər mən və öndə olan sənət dostlarım heç nə etməsək, oturub o pisdir, bu pisdir desək, kənara çəkilsək, əlbəttə ki, şou-biznes arzuolunmaz səviyyəyə gəlib çıxacaq. Hamı bir-birinə kömək etsə, hərə bir tərəfdən, həqiqətən də, iş görsə, ancaq yüksəliş olacaq. Məsələdən uzaqlaşmaq yox, problemi həll etmək lazımdır”.

Xalq artisti sənətində atdığı riskli addımlardan da danışıb:

“Olduğum kimi qalmaq istəyirəm. Tamaşaçımın məni daxilən tanımağını arzulayıram. Sənətə olan sevgimi duysunlar. Sənət üçün atdığım riskli addımlar şəxsi həyatımda mənə ziyan vurub. Mən səhv addımları sənətimdə hər şey düzəlsin deyə atmışam. Çox istəyirəm ki, bunları anlasınlar.

Bəzi sənət dostlarım mənə “Ağlın yoxdur sənin? Layihə üçün evindən niyə məhrum oldun?” sualını verirlər. İstəmirəm mənə bu kimi suallar versinlər. Bu addımı atdığıma görə, evdən məhrum olduğuma görə məni qınamasınlar. Amma anlasınlar ki, bu addımı nəyə görə atmışam. Arzuladığım layihələri həyata keçirəndə çox xoşbəxt oluram, nəinki etməyəndə”.

Pop diva küsülü həmkarları ilə də salamlaşdığını açıqlayıb:

“Şou-biznesdəki “Salam” problemindən azdan-çoxdan tanışam. Ona görə də Mübariz Tağıyevin yaradıcılıq gecəsində “Salam Aleykum” mahnısını oxudum. Mən hamıya salam verirəm və bunu etməkdən həzz alıram. Məkana daxil olanda “Hamınıza salam, uşaqlar” deyirəm.

Salamımı almayanları isə görmürəm. Düşünürəm ki, salam almamaq tamamilə başqa bir şeydir. Ona görə də salam verib keçirəm”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri