13 
Sen
2018
19:24
65
118
3869
Virtual karabakh

“Evdən qaçan pişik” “CinemaPlus”da - FOTO/VİDEO

13 Sen, 2018
19:24
3869

“Evdən qaçan pişik” “CinemaPlus”da - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus 28 Mall” premium kinoteatrında 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunmuş “Evdən qaçan pişik” animasiya filminin nümayişi baş tutub. 

Oxu.Az xəbər verir ki, tədbirdə tək böyüklər deyil, uşaqlar da iştirak ediblər.
“Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib.

Animasiya filmini Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nəzakət Məmmədli, Vüsal Hacıqədir, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Elman Rəfiyev, Zemfira Əbdülsəmədova, Samirə Rəcəbli, Vüqar HüseynovPərviz Məmmədrzayev dublyaj ediblər.

Dublyajın rejissoru Rövşən Məmmədli, redaktor Vüqar Hüseynov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Vüsal Əbdülhəsənov, post-prodakşn Rüfət Kərimzadə, icraci prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Ailəvi cizgi filminin rejissoru Gari Vanqdır.

Cizgi filminin qısa məzmunu: Əksər ev pişikləri kimi bizim qəhrəman Potaş isti və rahat evdə yaşamaqdan həzz alır. Lakin onun oğlu pişik balası Otaş belələrindən deyil. O heç vaxt bir yerdə oturmağı sevmir, əksinə səyahət etmək istəyir. Çəhrayı Yuxular Vadisinə səfər etmək arzusu ilə yaşayan pişik balası uçan aparat düzəldir və onun vasitəsilə pəncərədən uçur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri