26 
Okt
2018
09:12
79
183
31705
Virtual karabakh

Natavanın paylaşımı ortalığı qatdı: Hamilədir – FOTO

26 Okt, 2018
09:12
31705

Natavanın paylaşımı ortalığı qatdı: Hamilədir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Natavan Həbibinin həyat yoldaşı Dado (Səid Əliyev) ilə paylaşımı müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, buna reperin ad gününü təbrik edən Natavanın paylaşımına “Günün mübarək, biz səni təbrik edirik” yazması səbəb olub.

Belə ki, izləyicilər Natavanın “biz” yazmasını onun hamilə olması ilə əlaqələndiriblər.

Bu şərhdən sonra müğənnilər Niyam Salami, Murad Arif və digər izləyicilər müğənniyə təbrik yazıb.

Müğənni Xuraman Şuşalı da Dadonu təbrik edərək “Nata, səni sevirəm. Şad xəbər olasan, inşallah”, - deyə şərhini bildirib.

Natavan isə iddialara cavab verməyib.

Qeyd edək ki, cütlük ötən ilin iyul ayında evlənib. Dekabr ayında isə ayrıldıqlarını açıqlayıblar.

Daha sonra fevral ayında Natavan “Zaurla Günaydın” proqramında ayrıldıqlarını bildirsə də, avqust ayında yenidən barışdıqları ortaya çıxıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri