26 
Okt
2018
10:19
65
158
10501
Virtual karabakh

Xalq artistindən məşhur türk şirkəti ilə işbirliyi – FOTO

26 Okt, 2018
10:19
10501

Xalq artistindən məşhur türk şirkəti ilə işbirliyi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Brilliant Dadaşova Türkiyədə yeni işbirliyinə başlayıb.

Oxu.Az xəbər verir ki, sənətçi bu barədə mətbuat konfransı zamanı məlumat verib.

“Türkiyə və Azərbaycan mədəniyyət körpüsü” layihəsi çərçivəsində “Kemal Müzik Yapım & Menajerlik” şirkəti ilə işbirliyinə başlayan Xalq artisti onlarla müqavilə bağladığını söyləyib:

“Mənim xasiyyətimə bələdsinizsə, bilirsiz ki, hər təklifi qəbul etmirəm. Kamal bəyin təklifini məmnuniyyətlə qəbul etdim. Çünki o, sevdiyim sənətçilərlə işləyir. Onun haqda Bəyazdan, Ajda xanımdan və s. şəxslərdən eşitmişəm. Onun ciddi biri olduğunu bilirəm. Qeyri-ciddi yerlərdə yoxam. Bizim işbirliyimiz artıq start götürdü. İnanıram uğurlu olacaq”.

Kamal Aslan isə öz növbəsində buradakı digər sənətçilərlə də çalışacaqlarını, konsertlər təşkil edəcəklərini bildirib:

“İlk addımımızı ən böyükdən başlayaraq atırıq. Onun üçün də Brilliant xanımla işləmək istədik. Mənim üçün çox özəl biridir. Birlikdə duetlər, konsertlər və s. edəcəyik. Eyni zamanda hər iki ölkə bir-birinin sənətçilərini görmək, məclislərində iştirakını istəyir. Ortada böyük pullar olduğu üçün bəzən alınmır. Bunu tənzimləmək istəyirik”.

Pərviz Hüseyn
FOTO: Valeh Arifoğlu
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri