27 
Okt
2018
22:26
201
98
19524
Virtual karabakh

Miri Yusifdən xanımına: Mənə unutmayacağım hədiyyə vermisən - FOTO

27 Okt, 2018
22:26
19524

Miri Yusifdən xanımına: Mənə unutmayacağım hədiyyə vermisən - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Miri Yusif bu gün 41, oğlu Mir Cahid isə 1 yaşını qeyd edir.

Oxu.Az xəbər verir ki, o, sosial media hesabından doğum günü ilə bağlı foto paylaşıb.

Fotoda Yusifin ailəsi yer alıb. Miri doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.

Həyat yoldaşına xüsusi təşəkkür edən sənətçi Nərgizin ona unudulmaz hədiyyə bəxş etdiyini yazıb:

"Əsl xoşbəxtlik budur - böyük və bir yerdə olan ailə! Tam 1 il əvvəl həyat yoldaşım mənim doğum günümdə Mir Cahidi dünyaya gətirdi! 

Bu gün mənim 41, kiçik oğlum Mir Cahidin 1 yaşı tamam olur! Nərgizim, çox sağ ol ki, varsan, çox sağ ol ki, mənə heç zaman unutmayacağım bu hədiyyəni  vermisən! Bütün təbriklərə görə çox sağ olun, əziz ruh əkizlərim!"

Qeyd edək ki, Mir Cahid Miri Yusifin ikinci oğul övladıdır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri