14 
Dek
2018
10:10
21
135
5206
Virtual karabakh

Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədir

14 Dek, 2018
10:10
5206

Coli keçmiş əri Bred Piti müflis etmək niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Ancelina Coli Bred Pitə qarşı məhkəmədə qaldırdığı iddianı sona kimi davam etdirmək və keçmiş həyat yoldaşına maddi cəhətdən böyük zərbə vurmaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu haqda “The Hollywood Life” nəşri 43 yaşlı aktrisanın yaxın çevrəsindən olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Mənbənin sözlərinə görə, Coli bu inadkarlığı uşaqlarının onun himayəsinə keçməsi məqsədilə edir.

“Bred müharibənin başa çatdığını düşünürsə, çox yanılır, onu xoşagəlməz sürpriz gözləyir”, - deyə mənbə bildirib.

Xatırladaq ki, bu yaxınlarda  Hollivudun keçmiş ulduz cütlüyü altı uşağın qəyyumluğu ilə bağlı iki ilə yaxın davam edən məhkəmə çəkişməsi fonunda ortaq razılaşmaya gəlib. Razılaşmaya əsasən, 54 yaşlı Pit övladları ilə faktiki olaraq  Ancelina Colinin keçirdiyi qədər vaxt keçirə biləcək.

“Sarı mətbuatın” yazdığına görə, bu razılaşma Colinin ürəyincə olmasa da, uşaqların səs-küylü məhkəmə prosesinə sürüklənməməsi üçün güzəştə getməli olub.

“Qəyyumluq uğrunda mübarizə uzun və çətin olub”, - deyə mənbə qeyd edir.

Nəşrin məlumatına əsasən, Coli yaxın zamanda birgə qəyyumluq haqqında razılaşmanı imzalamaq məcburiyyətindədir, belə ki, “sarı mətbuat” bu çəkişmədə daha çox Bred Pitin mövqeyini müdafiə edir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri