17 
Dek
2018
18:54
11
206
5394
Virtual karabakh

“Maşın” kimin üçün əldən gedəcək? - İştirakçılar danışdı - VİDEO

17 Dek, 2018
18:54
5394

“Maşın” kimin üçün əldən gedəcək? - İştirakçılar danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ən reytinqli televiziya şousu “Maşın şou” izləyicilərini həyəcanlandırmaqda davam edir.

Layihənin ən yaşlı iştirakçısı aktyor Allahverdi Yolçuyev Oxu.Az-ın müxbiri ilə söhbətdə bildirib ki, qalib ruhu olmadıqda döyüşə girməyə ehtiyac yoxdur.

O həmçinin qeyd edib ki, Qafqaz ənənələrinə riayət etmək, ağsaqqalı irəli buraxmaq lazımdır:

“Lakin hələ bilinmir, onlar mənə avtomobilə və ya pavilyonun çıxışına yol verəcəklər”, -  A.Yolçuyev istehza ilə deyib. 

Bir sözlə şouda dostluq ab-havası var və bunu müğənni Dilarə Kazımova təsdiqləyib.

“Biz iştirakçılarla o qədər dostlaşmışıq ki, kimisə çıxarmaq barədə fikirləşmək çox çətindir. Biz oyunun strategiyasını elə qurmaq istəyirik ki, dostluq münasibətlərini saxlayaq. Ən əsası oyunda deyilənlərin ciddi qəbul edilməməsidir”, - müğənni qeyd edib.
 
Taleh Yüzbəyov də Dilarə Kazımovanın sözlərini dəstəkləyib və bildirib ki, namizədi seçmək gündən-günə çətinləşir:

“Kənardan elə görünür ki, bu asandır, lakin inanın, hər dəfə aparıcı sizə yaxınlaşıb sual verəndə həyəcan bürüyür”, - T.Yüzbəyov fikirləri ilə bölüşüb.

Müğənni Mina Hüseyn isə açıqlaması ilə təəccübləndirib.

“Mən şounu tərk etmək üçün namizəd olmaq istəyirəm və hətta səsverməyə kiminlə çıxacağımı da deməyə hazıram”, - müğənni Oxu.Az-a bəyan edib. – Mən heç nəyi gizlətmirəm, açıq oynayıram. Mənim rəqibim Sərxan Kərəmoğludur. Onun getmək vaxtı çatıb”.

Qeyd edək ki, “Maşın şou. Hind kinosu”nun növbəti efiri bu gün saat 22:00-da ATV kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, “Oxu.Az” saytı ilə birlikdə “Baku.TV” videoportalı da “Maşın Şou. Hind Kinosu”na informasiya dəstəyi göstərir.

Cavid Osmanov
Operator: Valeh Arifoğlu

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri