12 
Fev
2019
16:44
125
58
3871
Virtual karabakh

Mehriban Xanlarova: Körpəsini atanlara nə ad vermək olar?! - VİDEO

12 Fev, 2019
16:44
3871

Mehriban Xanlarova: Körpəsini atanlara nə ad vermək olar?! - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün ATV-də yayımlanan “Bizimləsən” verilişinə yaşlı qadın körpə oğlan uşağı ilə bağlı müraciət edib. 

Onun sözlərinə görə, anası olduğunu deyən qadın körpəni başqa qadının yanında qoyub gedib. İki aydır ki, uşağın anasından bir xəbər yoxdur. Verilişin aparıcısı Zaur Baxşəliyev yeni bir ehtimal ortaya çıxarıb.

“Bəlkə, bu uşaq heç bu qadının öz uşağı deyil. Onu hardansa oğurlayıb, bu xanıma verib və indi gizlənir”.

Bu ifadəyə verilişdə olan ekspertlər də biganə qalmayıblar. Onlar bu faktın nə dərəcədə doğru olub-olmamasını araşdırmasını Zaurdan xahiş ediblər.

Z.Baxşəliyev qucağında körpə ilə olan fotonu rejissorlardan ekrana gətirilməsini rica edib.

“Kim bu qadını tanıyırsa, bizimlə əlaqə yaratsın. Bu xanımı axtaraq, tapaq”.

Məsum uşağın acınacaqlı durumda olması isə verilişdə ekspert qismində iştirak edən əməkdar artist Mehriban Xanlarovanı göz yaşlarına boğub. Mehriban xanım körpəni qucağına alaraq ona nəvaziş göstərib. Uşaq elə onun qucağında yuxuya dalıb.

Mehriban Xanlarova Oxu.Az-a hadisə ilə bağlı açıqlama verib.

“Belə valideynlərin sayı az deyil. Belə valideynləri qınayıram. Bu insanlara nə ad vermək olar?! Onlar qanun qarşısında cavab verməlidirlər. Düzdür, hökumətimiz atılmış körpələr üçün çox gözəl şərait yaradıb. Amma bir ana necə öz uşağını başqasının ümidinə qoyub, onu ata bilər?! Körpənin vəziyyəti heç də yaxşı deyil. Dırnaqları uzanıb, içi çirklə dolub. Uşaq altına dəfələrlə batırıb. Ondan sidik iyi gəlsə də, mən iyrənmədim və onu qucağıma aldım. Elə qucağımda da uşaq yuxuya getdi”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri