Mar
2019
22:35
155
105
6648
Virtual karabakh

400 minlik “Qız qalası”nın premyerası baş tutdu - FOTO/VİDEO

7 Mar, 2019
22:35
6648

400 minlik “Qız qalası”nın premyerası baş tutdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami Kino Mərkəzində  “Qız qalası” filminin premyerası baş tutub.

Oxu.Az xəbər verir ki, ekran əsəri tarixi komediya janrında çəkilib.

Filmdə baş rolları Ziya Ağa, Kəmalə Piriyeva, Çinarə Məlikzadə, Elməddin Cəfərov,Tural Əzizov və Reza Naji ifa edib.

Filmdə diqqətçəkən məqamlardan biri,  tarixi və fantastik janrların sintezinin uğurla istifadə olunmasıdır. Ekran əsərinin rejissoru İlham Qasımov ərsəyə gətirdikləri film haqqında bunları söyləyib:

“Qız qalası”nın məşhur rəvayətini bir az tarixi fantaziya janrında çəkmişik. “İçərişəhər” qoruğu tərəfindən filmimizə maliyyə dəstəyi almışdıq. Ekran işinin 400 min manatdan çox büdcəsi var. Yenə də bu, kifayət deyil. Bizim bir milyon büdcəmiz olsaydı, daha da yaxşı ekran əsəri ərsəyə gətirərdik”.

Qeyd edək ki, “Qız qalası” filminin ssenari müəllifləri İlham Qasımov və Tural Sevdimalıdır.  Filmi bu gündən etibarən paytaxt kinoteatrlarımızda izləmək imkanınız var. 

Rəşad Əliyev

video : Hüseyn Həsənov  

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri