10 
Mar
2019
16:57
47
254
8796
Virtual karabakh

Moskvada azərbaycanlı reper qarət edildi, lakin o, Bahh Tee deyil – YENİLƏNİB

10 Mar, 2019
16:57
8796

Moskvada azərbaycanlı reper qarət edildi, lakin o, Bahh Tee deyil – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Reper Bahh Tee Moskvada mənzilinin qarət edilməsi barədə məlumatı təkzib edib.

Oxu.Az xəbər verir ki, reper özünün “Twitter” səhifəsində dostunun mənzilinin qarət edildiyini, adının isə təsadüfən hallandığını yazıb.

Super” nəşri isə məlumat yayıb ki, Bahh Tee-nin qarət olunan dostu reper Navai-dir (Nəvahi Bəkirov).

Milliyyətcə azərbaycanlı olan Nəvahi Bəkirov “HammAli & Navai” duetinin iştirakçısıdır.

Bildirilir ki, martın 8-də naməlum şəxslər N. Bəkirovun mənzilinə daxil olaraq oradan 5 mln rubl (130 min AZN) pul aparıblar.

Reper Navai bu duruma optimizmlə yanaşdığını və təəssüflənmədiyini bildirib.

“Çünki pula adi yanaşıram. Pul mənim üçün gəldi-gedərdi”, - deyə o vurğulayıb.

12.29

Rusiyada tanınmış reperin evi qarət olunub. 

NTV telekanalının yaydığı məlumata görə, əslən azərbaycanlı olan “Bahh Tee”nin (Bəxtiyar Əliyev) evindən 4 milyona yaxın rubl pul oğurlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri