15 
Mar
2019
14:40
84
172
3132
Virtual karabakh

Emin Alessandro ilə Maqomayevin mahnısını oxudu - VİDEO

15 Mar, 2019
14:40
3132

Emin Alessandro ilə Maqomayevin mahnısını oxudu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin ifa etdiyi “Sinyaya veçnost” əsərinin bu il 50 yaşı tamam olur. Elə bu səbəbdən Xalq artisti, bəstəkar-müğənni Emin Ağalarov həmkarı, italyan əsilli ifaçı Alessandro Safina ilə birlikdə sözügedən mahnını duet şəklində ifa edib.

Oxu.Az xəbər verir ki, dueti Emin rus dilində, Alessandro isə italyan dilində səsləndirib.

Alessandro möhtəşəm əsəri ilk dəfə taksidə gedən zamanı radioda eşitdiyini dilə gətirib.

“Bu mahnını eşidən kimi ona aşiq oldum. Daha sonra ötən il Bakıda keçirilən “Jara” musiqili festivalda bu mahnını italyan dilində oxumaq qərarına gəldim. Mən bəstənin müəllifi, maestro Müslüm Maqomayevi çox sevirəm. Möhtəşəm çıxışdan sonra Emin mənə bu bəstəni birlikdə duet şəklində iki dildə ifa etməyi təklif etdi. Nəticə çox mükəmməl oldu”. 

E.Ağalarov isə möhtəşəm əsər barəsində bu fikirləri səsləndirib.

“Müslüm Maqomayev tanıdığım artistlər arasında ən möhtəşəmidir. “Sinyaya veçnost” bəstəsi dahi sənətkarın səsinin möhtəşəmliyini ortaya çıxaran sözsüz və şərtsiz hitdir. Bu əsər mənim üçün çox qiymətlidir, məhz bu səbəbdən bütün solo konsertlərimdə mahnını ifa edirəm.

Dünyada bu əsərin tanınması üçün həmmişə istəyirdim ki, o, müxtəlif dillərdə səslənsin. Ona görə də bu əsəri festivalda Alessandro Safinanın ifasında eşidəndə onu iki dildə yazmağın gözəl olacağını başa düşdüm. Mənə elə gəlir ki, duetimiz çox gözəl və ən əsası, səmimi alınıb”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri