16 
Apr
2019
19:00
152
42
7688
Virtual karabakh

Ancelina Coli soyadını dəyişib

16 Apr, 2019
19:00
7688

Ancelina Coli soyadını dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktrisa Ancelina Coli-Pitt rəsmi soyadını dəyişərək, yenidən Coli olub.

Bu barədə “US Weekly” yazır.

Aktrisanın əvvəlki soyadını qaytarması xəbəri 43 yaşlı Coli ilə 55 yaşlı Bred Pitt arasında boşanma prosesinə baxan məhkəmənin sənədləri əsasında məlum olub.

Hollivud ulduzları arasında boşanma rəsmən aprelin 15-də yekunlaşıb. Bununla belə, keçmiş cütlük əmlak bölgüsü və altı uşağın himayəsi məsələsi ilə bağlı tam razılığa gəlməyib.

Coli və Pittin ayrılması xəbəri ilk dəfə 2016-cı ilin payız aylarında mətbuata sızıb. Cütlük 2014-cü ilin avqust ayında nikaha daxil olub. Ona qədər 10 ilə yaxın birgə yaşayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri