24 
Apr
2019
16:00
54
376
12331
Virtual karabakh

Yarıçılpaq məşhurlarımız - VİDEO

Dünya məşhurlarının açıq-saçıq fotoları hər zaman böyük təəccüb və maraqla qarşılanır. Onlar hər il müxtəlif jurnallar, klip və konsert çəkilişləri üçün çılpaq formada kamera qarşısına keçirlər. Par-par yanan dünya ulduzları, əslində, soyunmağı, çılpaq vücudlarını nümayiş etdirməyi mədəniyyət, xüsusi incəsənət növü kimi qələmə verirlər.

Elə bizim xanım məşhurlarımız da açıq-saçıqlıqda dünya ulduzlarından geri qalmırlar. Sənətçilər arasında geyindikləri əlbisələrlə bədənlərinin müxtəlif nahiyələrini açaraq zövq oxşayanlar da var, ikrah hissi oyadanlar da.

Oxu.Az-ın əməkdaşı yarıçılpaq fotoları ilə gündəmə gələn müğənnilərlə bağlı maraqlı yazı hazırlayıb.

Başlayaq Xalq artisti Aygün Kazımovadan. Səhnədə olmazların üstündən xətt çəkib, bütün stereotipləri darmadağın edən ulduz geyim tərzi ilə hər zaman seçilib və seçilməkdə davam edir.

Bir çoxlarının qınaq və tənqidlərdən qorxub geyinə bilmədikləri Kazımova üçün ön plandadır. Xalq artistinin səhnə obrazları hər zaman tamaşaçılar tərəfindən təəccüb və maraqla qarşılanır.

Üzərində sərvət daşıyan, tez-tez açıq-saçıq geyimləri ilə gündəmi alt-üst edən daha bir məşhur isə Əməkdar artisti Röya Ayxandır.

Röya səhnə imici ilə həmkarlarını çoxdan geridə qoyub. Bədəninin müxtəlif hissələrini cazibədar formada nümayiş etdirməkdən çəkinməyən Əməkdar artistin çəkdirdiyi bir-birindən seksual fotoları izləyicilər təfərindən tənqidlərə məruz qalsa da, Röyanın heç vecinə də deyil.

Seksuallığı ilə əks cinsin nümayəndələrinin ağlını başından alan müğənni Nura Suri də həm açıqlamaları, həm də cəsarətli fotosessiyaları ilə sənət yoldaşlarından bir pillə öndədir.

İdeal bədən quruluşu ilə xanım sənətçilərə göz dağı verən Surinin son fotosessiyası hər kəsin diqqətini çəkib. Nuranın “body”də açıq-saçıq şəkilləri tənqidlərlə qarşılansa da, sənətçi “əcəb edirəm” söyləyərək izləyicilərin ağzına qıfıl vurub.

Səhnəmizin seksual ulduzlarından sayılan daha bir xanım müğənni isə Dilarə Kazımovadır. O, Kazımova soyadını daşısa da, hələlik Aygün kimi risk edib səhnəyə “body”də çıxmayıb.

Dilarənin istirahət zamanı kameralar önündə verdiyi seksual pozlar təhqirlərə yola açsa da, müğənniyə bu, sanki daha da zövq verir və Kazımova soyunmaqda davam edir. Fit vücudu ilə bir çox xanımların, eləcə də, bəylərin diqqətini çəkən Dilarənin “Instagram”da paylaşdığı ehtiraslı rəqs videoları da rekord baxış sayı toplayır.

Oxumağı ilə yanaşı, açıq-saçıq səhnə tərzi ilə seçilənlər arasında müğənni Səmra Rəhimli də var.

Səmranın çəkdirdiyi bir çox klipləri və fotosessiyaları çılğın, dəlisov, sözə baxmayan və ehtiraslı bir qadını xatırladır. Rəhimli kişilərə rəhm etmir, ona tuşlanan neqativ dolu şərhləri qulaqardına vurur.

Açıq-saçıq geyimləri ilə gündəmə gələn məşhurlardan biri də Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camaldır.

Nigar səhnə geyimlərində daha çox sinə dekolteli və uzun yırtmaclı libaslara üstünlük verir. Amma Camal kliplərində daha çox mini və ultra mini əlbisələr geyinərək gözəl bədən quruluşunu nümayiş etdirir. Bir sözlə, ona baxan bir də baxmaq istəyir.

Xanım sənətçilər arasında açıq-saçıq geyimlər geyinən daha bir məşhur isə Rəqsanə İsmayılovadır. Düzdür, Rəqsanə ailə həyatı qurduqdan sonra açıq geyimlərini qapalılarla əvəz edib, amma arxivə nəzər saldıqda gün üzünə elə görüntülər çıxır ki, gəl, görəsən.

“Qonşudan qalma dala” prinsipinə əməl edib, “body”də fotolar çəkdirən Rəqsanəyə izləyicilər yaman qəzəbləniblər. Bu cür tərzdə kamera önünə keçən İsmayılovanı tənqid atəşinə tutublar. Onlar Rəqsanəyə bu obrazı yaraşdırmayıblar.

O ki, qaldı açıq-saçıqlığın kimə yaraşıb-yaraşmadığına, bu seçimi sizin öhdənizə buraxırıq.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri