May
2019
12:03
88
474
16605
Virtual karabakh

Səmra yenə açıq-saçıq geyimdə: bu obrazı anası yaradıb - VİDEO

6 May, 2019
12:03
16605

Səmra yenə açıq-saçıq geyimdə: bu obrazı anası yaradıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Səmra Rəhimli yenidən açıq-saçıq ekran işi ilə gündəmə gəlib. 

Oxu.Az xəbər verir ki, o, “Armas” adlı yeni mahnısına klip çəkdirib.

Səmra klipi üçün seksual obrazlar sərgiləyib. 

Rəhimli ekran işi ilə bağlı açıqlama verərək, hip-hop janrında ifa edən ilk azərbaycanlı xanım müğənni olduğunu deyib:

“Armas” mənim adımın tərsinə oxunuşudur. İspan dilində tərcüməsi silahdır. Ad olaraq mənası isə dominantlıq etmək, birinci, lider, güclü və yüksək olmaqdır. 

Azərbaycanda bu üslubda ifa edən ilk qadın müğənniyəm və mahnımda dediyim kimi - “təkrarla məni, bu trekə qulaq asıb həsrətlə”. Hip-hopa hər zaman marağım olub. Hazırda biz bu formatda albom üzərində işləyirik”.

Səmra solo konsert verməyə hazırlaşdığını açıqlayıb. 

Qeyd edək ki, sözügedən mahnının müəllifləri Clavis və OD-dur. Layihə rəhbəri, rejissoru, ssenaristi müğənninin prodüseri, anası İlahə Baxşıyevadır. Səmranın imici üzərində də anası işləyib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri