16 
May
2019
16:10
29
61
2091
Virtual karabakh

“CinemaPlus”da “Qədim meşə”nin nümayişi - FOTO/VİDEO

16 May, 2019
16:10
2091

“CinemaPlus”da “Qədim meşə”nin nümayişi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus Azərbaycan” premium kinoteatrında Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir baş tutub.

Tədbirdə Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olub. Görüşdən sonra isə rejissorun “Древний лес” (Qədim meşə) filminin nümayişi baş tutub.

Litvalı bioloq və dokumentalist Mindaugas Survila öz layihəsinin həyata keçirilməsinə 12 il vaxt sərf edib. Filmin çəkilişləri Litvanın ən qədim meşəsində aparılıb.

Bədii və fərqli tərzdə olan bu film tamaşaçılara təbiətə - meşə yanğınlarından tutmuş canavar mağarası və qara leylək yuvasına, daha sonra meşənin dərinliklərinə baş çəkib və bu torpağın insanlarına qayıdaraq sonsuz səyahət təklif edir.

Filmdə kadrarxası mətn yoxdur, yalnız kameranın obyektivinə düşən müxtəlif çox az eşidilən səslər və meşənin sehirli mühiti var.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri