25 
May
2019
12:53
130
59
4092
Virtual karabakh

Uşaqların “Səs” yarışmasının yeni qalibi seçildi - Alsunun qızı gəlmədi

25 May, 2019
12:53
4092

Uşaqların “Səs” yarışmasının yeni qalibi seçildi - Alsunun qızı gəlmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Birinci kanalında uşaqlar arasında keçirilən “Səs” musiqi yarışmasının tərkar finalı baş tutub. 

Oxu.Az xəbər verir ki, yarışmanın yeni qalibi Ercan Maksim olub.

Müğənni Alsunun qızı Mikella Abramovanın saxta yolla yığdığı səsləri araşdırdıqdan sonra, Birinci kanal müsabiqənin finalını yenidən keçirmək qərarına gəlib. Mikella isə yenidən keçirilən finalın çəkilişlərinə qatılmayıb.

Birinci kanalın rəhbəri Konstantin Ernst bildirib ki, baş verən hadisələr fonunda, finalda iştirak edən bütün iştirakçılar mükafatla təltif olunacaqlar.

Mikella Abramova da daxil olmaqla bütün iştirakçılara 1 milyon rubl veriləcək. Ernstanın sözlərinə görə, “Səs” yarışmasının 6-cı mövsümünün 9 qalibi olacaq. 

Qeyd edək ki, Rusiyanın Birinci kanalı müğənni Alsunun qızı Mikella Abramovanın qalib gəldiyi “Səs” mahnı müsabiqəsinin final nəticələrinin ləğv olunması ilə bağlı qərar çıxarıb. Telekanaldan bildirilib ki, səsvermə nəticələrinin yenidən yoxlanılması hansısa şəxslərin məsuliyyətə cəlb olunması məqsədi daşımayıb. Müsabiqədə SMS-lərin avtomatik göndərilməsi qeydə alınıb.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri