İyn
2019
22:47
103
273
17192
Virtual karabakh

Miri Yusifin konsertində maraqlı evlilik təklifi - FOTO/VİDEO

7 İyn, 2019
22:47
17192

Miri Yusifin konsertində maraqlı evlilik təklifi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Miri Yusifin Yaşıl teatrda “3 gün” adlı solo konserti baş tutub.

Oxu.Az xəbər verir ki, ağ libasda səhnəyə çıxan Miri Yusif  “Ruh əkizlərim” mahnısı ilə konsertini açıq elan edib. Müğənnin konsertində fanat seli yaşanıb. Böyük coşqu ilə keçən konsertdə gözlənilmədən yağış yağmağa başlayıb. Bütün bunlara rəğmən konsert öz axarı ilə davam edib.

Hitləri ard-arda düzən sənətçi qeyri-adi addım atıb. Belə ki, Miri Yusif səhnədən yaxın dostu Orxana səslənib. Bu anda isə həmin Orxan sevdiyi Leyla adlı xanıma bütün tamaşaçıların önündə evlilik təklifi edib. Əməkdar artist onların şərəfinə “Qiymətlim” adlı mahnısını səsləndirib. 

Diqqət çəkən məqamlardan birisi isə o oldu ki, Miri Yusifin konsertində həmkarları nədənsə gözə dəymədi.

Qeyd edək ki, bu həftənin şənbə və bazar günü daxil olmaqla əməkdar artist Miri Yusif canlı solo proqramla Yaşıl teatrın səhnəsində çıxış edəcək. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri