17 
İyl
2019
12:11
30
386
14161
Virtual karabakh

Dünya şöhrətli aktrisa oğullarına qız paltarı geyindirdi - FOTO

17 İyl, 2019
12:11
14161

Dünya şöhrətli aktrisa oğullarına qız paltarı geyindirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivudun məşhur aktrisası Meqan Foksun Los-Anceles küçələrində uşaqları ilə birgə gəzintisi görənləri şoka salıb.

RenTV xəbər verir ki, o, iki oğluna göz qamaşdıran qız paltarı geyindirərək gəzintiyə çıxarıb.

Obyektivlərə tuş gələn məşhur ailənin fotolarında bir övladın əynində bənövşəyi köynək, sarı lasin, böyük oğlunun əynində güllü don, çəhrayı ayaqqabı və gümüşü çanta olub.

Meqanın uşaqlarını bu hala salması sosial şəbəkə izləyiciləri tərəfindən qəzəblə qarşılanıb. Onlar məşhur aktrisanın ünvanına təhqirlər yağdırıblar.

Qeyd edək ki, Meqan Foks oğullarına qız paltarı geyindirən ilk məşhur valideyn deyil. Hollivudun məşhur və cazibədar aktrisası Şarliz Teronun himayəsinə götürdüyü oğlu çəhrayı rəngi sevdiyindən eyni rəngdə ətəklər geyinir. Dünya şöhrətli aktrisa Ancelina Colinin qızı Şaylo qız paltarlarından imtina edərək əks cinsin geyimlərindən istifadə edir. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri