19 
İyl
2019
02:18
472
249
15588
yuxarı
Ərdoğanı təhqir edən müğənniyə həbs cəzası
19 İyl, 2019
02:18
15588
472
249
Ərdoğanı təhqir edən müğənniyə həbs cəzası
Türkiyənin tanınmış müğənni və aktrisası Zuhal Olcaya həbs cəzası verilib. Sənətçi prezidenti təhqir etməkdə günahlandırılır.
“Cumhuriyet” xəbər verir ki, Z.Olcay məkanların birində səhnə alarkən ifası zamanı Rəcəb Tayyip Ərdoğanı təhqir edib.
İstanbuldakı 16-cı Cəza Məhkəməsi müğənniyə verilmiş və daha sonra təxirə salınmış 11 ay 20 gün həbs cəzasını qüvvədə saxlayıb.
Qeyd edək ki, cəza prosesi bir şikayətlə başlamışdı. Belə ki, polisə zəng edən bir nəfər 2016-cı il avqustun 5-də Kadıköydə məkanların birində sənətçinin ifası zamanı prezidentə əli ilə qeyri-etik hərəkət edərək, onu təhqir etdiyini bildirmişdi.
Zuhal Olcay haqqında “prezidentə birbaşa təhqir” maddəsi ilə iki aydan 4 il 8 aya kimi həbs cəzası tələb edilmişdi.
Rəşad Əliyev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Şou-biznes xəbərləri
25 
Apr
2024
23:34
Könül Kərimova cavanlaşma əməliyyatı barədə: “Deyirəm, heç kəs inanmır” - FOTO
29
272
4396
25 
Apr
2024
20:32
Məşhur aparıcı Aleksandr Maslyakovun işindən getmə səbəbi açıqlandı - FOTO
77
10
2027
25 
Apr
2024
17:02
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
51
130
2393