11 
Avq
2019
09:28
72
229
7336
Virtual karabakh

Müğənni Nərgiz Zakirova monastıra çəkilməyə qərar verib - FOTO

11 Avq, 2019
09:28
7336

Müğənni Nərgiz Zakirova monastıra çəkilməyə qərar verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbək müğənni Nərgiz Zakirova monastıra çəkilmək fikrindədi.

REN TV xəbər verir ki, o, bu barədə “İnstagram” səhifəsində yazıb.

Müğənni prodüseri Maksim Fadeyevlə qalmaqallı ayrılıqdan sonra bu barədə açıqlama verib.

Səhifəsində rahibə paltarında və dikdaban ayaqqabıda olan qadınların fotosunu paylaşan Zakirova “Vəziyyətlə əlaqədar monastıra gedirəm, kim mənimlə gəlir, qızlar?”, - deyə yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Fadeyevin rəhbəri olduğu MALFA şirkəti Nərgiz Zakirova ilə müqaviləni pozub. Müğənninin bu şirkətlə birlikdə yazılan bütün musiqi materiallarından istifadəsinə qadağan qoyulub, eyni zamanda, onun avqust ayı boyunca planlaşdırılan qastrol səfərləri də ləğv edilib.

Aradakı narazılıqla bağlı açıqlamalarında Nərgiz şirkət rəhbərliyini onu təhqir etməkdə və Fadeyevin 90-cı illərin kriminal üsullarından istifadə etməkdə günahlandırıb.

Şirkət isə öz növbəsində müğənninin dəfələrlə heç bir üzrlü səbəb olmadan konsertlərdən imtina etdiyini, bunun isə müqavilənin pozulması üçün yetərli səbəb olduğunu bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri