23 
Avq
2019
20:10
55
229
7126
Virtual karabakh

Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir

23 Avq, 2019
20:10
7126

Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Rus Film Qrup" şirkəti dünya şöhrətli aktyorlar Arnold Şvartsenegger və Ceki Çanı məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, buna səbəb sözügedən şirkətin lentə aldığı "Viy 3D" ekran işində rol alan Hollivud məşhurlarının filmin davamı olan "Əjdahanın imzasının sirri"nə də çəkilməsidir.

"China Film Qrup" tərəfindən çəkilən filmin oğurlandığı iddia olunub.

"Rus Film Qrup" isə ekran işindən heç bir qonorar almadığını açıqlayıb. Rusiya tərəfi Moskva Arbitraj məhkəməsinə müraciət edib.

Onlar Arnold ilə Cekidən nə az, nə çox, düz 216,6 milyon rubl təzminat tələb edirlər.

Sadəcə epizodik rolları canlandıran hər iki aktyorun adlarının "borclular" siyahısına düşdüyü dəqiqləşdirilməyib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri