24 
Avq
2019
23:15
54
81
4175
Virtual karabakh

Vinsent Kassellə arvadı toylarının ildönümlərini qeyd edirlər - FOTO/VİDEO

24 Avq, 2019
23:15
4175

Vinsent Kassellə arvadı toylarının ildönümlərini qeyd edirlər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün dünyaşöhrətli aktyor, 52 yaşlı Vinsent Kassel və 22 yaşlı model Tina Kunaki toy ildönümlərini qeyd edirlər.

24 avqust 2018-ci ildə aktyor və model Fransanın cənub-qərbində evləniblər. Cütlük cəmi bir il sevgili qalıb. Kassel sevgilisi Kunakiyə evlənmək təklif edib. Kunaki hadisələrin bu cür sürətli inkişafını heç gözləmirmiş.

Model jurnalların birinə verdiyi müsahibədə bildirib: "Evlənmə təklif etməsi mənim üçün əsl sürpriz oldu. Bu barədə əvvəllər heç danışmamışdıq. Dərhal cavab vermədim, çünki bu təklifi heç gözləmirdim". 

Toy mərasimindən bir müddət sonra cütlük valideyn olacaqları haqda "Instagram"da məlumat paylaşdı. İlin əvvəlində həm Kunaki, həm də Kasselin paylaşdıqları foto və videolarda Tinanın artıq nəzərəçarpacaq dərəcədə hamilə olduğu göz önündə idi.

Onlar bütün bu müddət ərzində mediadan kənarda qalmağı üstün tutdular. Eyni zamanda cütlük ara-sıra ziyafətlərə qatılırdılar. Onların hər çıxışı sosial şəbəkədə fəal müzakirə edilir və ictimaiyyətin diqqətini çəkirdi. Vinsent ilə Tina film premyeralarında, moda nümayişlərində iştirak edirdilər. Onlar bu il ərzində Kann Film Festivalının qonaqları da oldular.

Münasibətlərinin ilk günlərindən bugünədək Vinsent və Tina sözün həqiqi mənasında xoşbəxt və mehriban həyat yaşayır və bu səadəti ətrafdakılarla bölüşməkdən böyük zövq alırlar.

Qeyd edək ki, bundan öncə, Kassel 14 il aktrisa Monika Belluçi ilə ailəli olub. Onlar 2013-cü ildə rəsmi şəkildə ayrılıblar. Cütlüyün bu nikahdan Deva və Leoni adlı iki qız övladı var.

Rəşad Əliyev 


 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri