Sen
2019
03:23
51
79
2358
Virtual karabakh

Həbsdə olan məşhur repçinin vəkilini güllələdilər

7 Sen, 2019
03:23
2358

Həbsdə olan məşhur repçinin vəkilini güllələdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur repçi ASAP Rokinin vəkili Stokholmda güllələnib.

Repçinin hüquqlarını müdafiə edən Henrik Olsson Lilye İsveçin paytaxtında açılan atəş nəticəsində ağır yaralanıb.

TMZ-nin yayımladığı məlumata görə, vəkil evdən çıxarkən hücuma məruz qalıb. O, başından və sinəsindən naməlum şəxs tərəfindən güllələnib. Sonra cinayətkar binadan qaçıb və çöldə onu gözləyən maşına əyləşərək, naməlum istiqamətə gedib.

Lilye xəstəxanaya çatdırılıb.

Ona hücum edən şəxs isə bir müddət sonra saxlanılıb.

Bildirilib ki, bu hücumun vəkilin repçinin maraqlarını təmsil etməsi ilə heç bir əlaqəsi yoxdur. Polislərin fikrincə, Henrikin yaralanması şəxsi səbəblərdən qaynaqlanır.

Qeyd edək ki, “ASAP Rocky” dostları ilə birgə Stokholmda küçədən keçən şəxsləri döyüb.

Şahidlərin sözlərinə görə, hadisə şəhərin məşhur restoranlarından birinin yaxınlığında baş verib. Dava musiqiçinin tanışları ilə yoldan keçən iki şəxs arasında olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri