Okt
2019
20:30
283
150
12246
Virtual karabakh

Olqa Buzova: Ən dadlı lüləni Emin Ağalarovun evində yemişəm

5 Okt, 2019
20:30
12246

Olqa Buzova: Ən dadlı lüləni Emin Ağalarovun evində yemişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın qalmaqallı şou-biznes ulduzu Olqa Buzova Moskva-Baku saytına müsahibə verib.

Oxu.Az xəbər verir ki, məşhur jurnalistin “Azərbaycan yeməkləri arasında ən sevimli yeməyiniz hansıdır” sualına maraqlı cavabı ilə oxuyucuların təəccübünə səbəb olub. O bildirib ki, Azərbaycan yeməkləri arasında ən sevdiyi təam lülədir. 

“Yemək bişirməyi bacarıram, amma sənətimlə bağlı çətin cədvəl və qrafik üzündən bunu etmirəm. Yemək yeməyi çox sevirəm, çünki Moskvada yetərincə çoxlu Bakı mətbəxi restoranları var. Sizin lüləniz olduqca ləzzətlidir. Sözün düzü, ən dadlı lüləni mən “Jara” Beynəlxalq musiqi festivalı bitdikdən sonra Xalq artisti Emin Ağalarovun evində yemişəm. Sizin pomidorunuz çox dadlıdır. Yeri gəlmişkən, etiraf edim ki, “BuzFood” restoranlarımda sizin yerli pomidorlarınız istifadə edilir”.

Qeyd edək ki, Olqa Buzovanın dünyada milyonlarla izləyicisi və pərəstişkarı var. O, Rusiya şou-biznesinin ən nüfuzlu nümayəndələrindən biri hesab edilir. Olqa oxuyur, kitab yazır, restoran şəbəkəsi sahibidir, öz geyim markasına malikdir və müxtəlif televiziya layihələrinin aparıcısıdır.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri