Okt
2019
00:10
86
266
11380
Virtual karabakh

Maşın onun üçün əldən getdi - YENİLƏNİB

8 Okt, 2019
00:10
11380

Maşın onun üçün əldən getdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Murad Dadaşov “stop” deyərək, səsverməni dayandırıb. Tribunaya Məcidi dəvət edən Dadaşov aktyora gələn səsləri açıqlayıb.

Məcid Hüseynov 56,67 faiz səs toplayaraq şouda qalıb. Aktyor birdən-birə aşıq Namiqin adını çəkərək, onu oyundan çıxardıb. Namiq isə Məcidin bu qərarına sərt şəkildə cavab verib:

“Balamın ölmüşünə and vermisən ki, məni çıxatmayacaqsan. Sən gündüz mənə dedin ki, balam ölsün, səni çıxartmaram. Əsas odur ki, kişi kişinin əli ilə getdi”.

Aşığın bu çıxışı isə Məcidin xoşuna gəlməyib. Aktyorun Namiqə olan cavabı daha pis olub:

“Sən oyuna gələndən ağzının danışığını bilmədin”.

Beləliklə, aşıq Namiq Fərhadoğlu üçün maşın əldən getdi. Şou isə 10 iştirakçı ilə sabah 22:00-da qaldığı yerdən davam edəcək.

 

23:55

Ayan dünən mənə jest etdi. O bilirdi ki mən çıxacağam. Bundan anladım ki, hədəf dünən mən idim. Ayanın bu jestinə görə də ona təşəkkürümü bildirirəm. 

Bu sözləri aparıcı Zümrüd Qasımova dilə gətirib. Onun həmkarı Lalə Mustafayeva isə Zümrüdlə özünün hədəf olduğunu bildirib.

Şounun aparıcısı Murad Dadaşovun “Məcid, qalacağın təqdirdə oyundan Fatma xanımı çıxardacaqsan?” sualına isə aktyor “100%” deyərək, gülüb.

23:48

Sən yaxşı oyun aparmırsan. Şounun bitməsinə az qalıb, amma bugünkü hədəfininin kimliyini deməmisən. Məqsədim bu avtomobili udmaqdır. Mərdi-mərdanə, açıq oyun oynamaq lazımdır.

Bu sözləri aşıq Namiq Fərhadoğlu şounun gedişatında söyləyib. Məcid isə aşığın fikirlərini hörmətlə qarşıladığını, lakin hədəfini açıqlamayacağını vurğulayıb: 

“Dediyim sözü heç zaman tərsinə etməmişəm. Dünən də hədəf deyilmədi. Mən də öz hədəfimi açıqlamıram. Burada qəbahət bir şey yoxdur. Şounun qaydalarını da pozmuram”.

Şounun aparıcısı Murad Dadaşov isə üzünü aparıcı Zümrüd Qasımovaya tutaraq, “bəlkə Məcidin hədəfi sizsiz” sualını verib. Qasımovanın cavabı belə olub:

“Dünən yaşananlar mənə dərs oldu. İstənilən təqdirdə adımı çəkib, məni çıxarda bilərdilər. Məcid məni çıxartsa da, onun oyunda qalmasına səs istəyirəm. O məni oyundan çıxartsa da, mənə bu o qədər də toxunmaz”.

Türkan Vəlizadə ilə Aysun İsmayılova isə üzlərini tamaşaçılara tutaraq Məcidin şouda “qalması” üçün yenidən səs istəyiblər.

23:18

Məcidlə reklam fasiləsi zamanı söhbətimiz oldu. İndi istəyirəm ki, Məcidin şouda “qalmasına” səs vərək, anam Rəqsanə xanımdan səs istəyirəm. Dedim ki, hədəfin mən, yoxsa Türkandır? O isə dedi ki, heç biriniz. Bir sözlə, bizi şoudan çıxartmayacağına söz verdi.

Bu sözləri müğənni Aysun İsmayılova “Maşın”ın canlı yayımının ikinci saatında dilə gətirib. Məcid isə Aysunun sözlərini jestlərlə təsdiq edib. Şou başlayanda danışmaqdan çox susmağı üstün tutan aparıcı Suna Kasımoğlu Murad Dasaşovun “bəlkə Məcidin hədəfi sizsiz” sualına bu cür reaksiya verib: 

“Əziz və yaxın dost deyilik. Onu məhz Zümrüdün vasitəsilə tanımışam. Məcid mənə hədəfinin kimliyini açıqlamayıb. Mən onun nə “qalmasına” nə də ki “getməsinə” səs istəyirəm”.

“Məcid səs topladığı halda kimi çıxardacaq” sualı ilə üzünü günün qəhrəmanına tutan verilişin aparıcısı Murad Dadaşova Hüseynovdan cavab gəlib: 

“Tamaşaçılar yalnız iki saat canlı yayımı görürlər. Amma burada 24 saat nələrin baş verdiklərindən xəbərləri yoxdur. Hədəfim artıq bəllidir. Bir azdan söyləyəcəyəm”.

22:50

Məcid şoudan getsə, çox sevinərəm. 

Bu sözləri Aysun İsmayılova oyunun gedişatında dilə gətirib. Hüseynov isə qarşılığında İsmayılovanın cavabını bu cür verib:

“Aysun heç mənim hədəfim deyil. O niyə belə edir, anlamıram. Məni niyə hansısa məsələlərdə günahım olmadam günahlandırmaqlarını başa düşə bilmirəm. Müəyyən məsələlər var ki, demişəm və onu da həll etmişəm. Hədəfim var, sadəcə olaraq istəyirdim ki, digər iştirakçılar da danışsın, onların fikirlərini öyrənim. Hədəfim xanım iştirakçıdır. Amma kimliyini hələ ki açıqlamaq istəmirəm. Mən bu xalqın gözünün önündə böyüyən insanam. Onlardan özümə səs istəyirəm”.

Aparıcı Zümrüd Qasımova isə Məciddən açıq oyun oynamağı və hədəfinin kimliyini açıqlamağı istəyib. Aparıcı Lalə Mustafayeva isə fikirlərini bu cür izah edib :

“Bilsəniz burada nələr baş verir... “Maskarad” adı düz qoyulub. Məcidin şəkilini qutuya atanlardan elə biri də mənəm".

Daha sonra Murad Dadaşov Aysun İsmayılovaya yaxınlaşaraq hədəfinin niyə Məcid olduğunu açıqlamağı rica edib. O isə bu məsələni bu cür şərh edib: 

"Bilirəm ki, qruplaşma var. Məcidə çox böyük hörmətim var. Mən ağlayanda Məcid mənim yanımda idi. Məcidi o vaxt hədəf seçdim ki, Qurd oyunu tərk edəndə Məcidin onun gedişinə sevindiyini gördüm. Hər kəsin oyun tərzi var. Mənim isə burada strategiyam düzgünlükdür. Mən şouda düzgün oyun aparıram".

Oyunda nə etmişəmsə düz etmişəm söyləyən Məcid Hüseynov hələ də hədəfinin kim olduğunu sirr saxlamaqda davam edir.

22:27

Reytinqləri alt-üst edən, ölkənin ən bahalı və baxımlı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin yeddinci efir gününə start verilib.

Oxu.Az xəbər verir ki, gün-gündən avtomobil ətrafında iştirakçıların sayı azalan şouda 11 məşhurun qızğın və mübarizə dolu oyunu başlayıb.

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov “Maşın”da aqibəti həll olunacaq iştirakçını seçmək üçün 11 məşhur arasında keçirilmiş səsvermənin nəticələrini açıqlayıb. Oyunda şəkli 6 dəfə qutuya atılan aktyor Məcid Hüseynov olub. Tribunaya çıxan Məcid şouda “qalmaq” üçün üzünü tamaşaçılara tutaraq onlardan səs istəyib: 

“Şouda bu mənim ikinci iştirakımdır. Siz tamaşaçıların sevgisi olmasaydı, mən burada olmazdım. Yəqin ki hər şey yaxşı olacaq. Amma mənim şəklimi bu qədər adamın atacağını bilməzdim”.

Müğənni Aysun İsmayılova isə efirə gedən süjetdə hədəfinin Məcid olduğunu söyləyib: 

“Məcidə böyük hörmətim var idi, o günə qədər ki, Aqşin oyundan çıxdı. O səni yalan danışmaqda ittiham etdi, sən isə boynuna həqiqəti almadın. Mən əgər tribunaya çıxsam, Məcid mənim hədəfim olacaq və şouda qaldığım təqdirdə onu oyundan çıxaracağam”.

Bununla yanaşı, Aysun, özünün, Aqşin Fatehin, Qurdun, Məcid Hüseynovun və Türkan Vəlizadənin bir qruplaşmada olduğunu açıqlayıb. Hazırda aktyor Məcid Hüseynovun şouda aqibəti həll olunur. O hələ ki hədəfinin kim olduğunu açıqlamayıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri