10 
Okt
2019
14:20
46
191
19186
Virtual karabakh

“Maşın”da böyük qalmaqal: Kəmalə əlini çəkdi, Rəqsanə Murad Dadaşovu ittiham etdi - VİDEO

10 Okt, 2019
14:20
19186

“Maşın”da böyük qalmaqal: Kəmalə əlini çəkdi, Rəqsanə Murad Dadaşovu ittiham etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın” realiti-şounun sakit və az danışan iştirakçılardan biri olan aparıcı Kəmalə Piriyevanın ötən gecə avtomobildən əlini çəkməsi kadrları sosial mediaya yayılar-yayılmaz müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, paylaşılan videoda Kəmalənin əlini avtomobilin üstündən çəkdiyi kadrları əks olunub. Bir çox sənətçi həmin görüntüləri öz “Instagram” hesablarında yayımlayaraq verilişin aparıcısı, Xalq artisti Murad Dadaşovu ittiham ediblər. 

Həmin görüntüləri “Instagram” səhifəsində paylaşan Aysun İsmayılovanın anası müğənni Rəqsanə İsmayılova layihə rəhbəri Xalq artisti Murad Dadaşova mesaj yollayıb :

“Maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqqında danışılmır? Niyə oyunun qaydalarına riayət edilmir. Başa düşürük, bu bir oyundur, amma bura hamımız baxırıq. İştirak da etmişik, əlini çəkən insan uzaqlaşdırılmışdı. Bu günə kimi belə olub. Yəqin, buna diqqət verərsiniz”.

Bununla yanaşı, Rəqsanə qızının oyundan getməsində Murad Dadaşovu günahlandırıb. O, Aysunun şouda qalması üçün 196 min rubl (təxminən 5000 manat - red.) pul xərclədiyini dilə gətirib.

Qeyd edək ki, şouda Aysun 44,86 faiz səs topladığı üçün şounun aparıcısı Murad Dadaşov “Maşın əldən getdi” kəlməsi ilə İsmayılovanı evə yola salıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri