24 
Okt
2019
18:15
17
56
1581
Virtual karabakh

“Urfin Cüs qayıdır”: “CinemaPlus”da izləyin - VİDEO

Oktyabrın 24-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Urfin Cüs qayıdır” filminin nümayişinə başlanılıb.

Rusiya istehsalı olan “Urfin Cüs qayıdır” animasiya filminin rejissoru Fyodr Dmitriyevdir. Baş rollarda  Konstantin Xabenski və Dmitri Düjev çəkiliblər. 90 dəqiqəlik filmdə yaş həddi “6+”dur.

Film haqqında qısa məlumat: Elli və onun sadiq iti Totoşka vaxtında Sehirli dünyaya düşürlər. Zümrüd şəhərində hakimiyyəti yenə hiyləgər Urfin Cons ələ keçirmək istəyir, hansı ki, taxta əsgərlərdən ibarət ordusunu itirməsinə baxmayaraq, öz əvvəlki vərdişindən - hamının həyatını pozmaqdan əl çəkməyib.

İndi Urfinin əlində cadügər Gingemanın sehirli kitabı var. Bu kitab sahibinin istənilən arzusunu yerinə yetirir. Bu isə o deməkdir ki, Qorxunc Müdrik, Cəsarətli Şir və Dəmir Odunçu təhlükədədirlər.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri