10 
Noy
2019
04:27
100
71
8969
Virtual karabakh

Şeron Stoun “Əsas instinkt”dəki məşhur səhnəni təkrarladı - VİDEO

10 Noy, 2019
04:27
8969

Şeron Stoun “Əsas instinkt”dəki məşhur səhnəni təkrarladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud aktrisası Şeron Stoun Berlində GQ jurnalının “İlin qadını” mükafatının təqdimatı zamanı “Əsas instinkt” filmindən məşhur erotik səhnəni təkrarlayıb.

61 yaşlı ulduz tədbirə açıq dekolteli qara mini donda qatılıb.  O, səhnədə stulda oturub və motivasiya edən nitqlə çıxış edərək bildirib ki, həyatda əsas məsələ hər kəsin necə varsa elə də olmağıdır.

Stoun bildirib ki, ayaqlarını bir-birinin üzərindən aşırdığı məşhur səhnə onun bütün həyatını dəyişib.

“Xeyli il bundan əvvəl mən çəkiliş meydançasında oturmuşdum və rejissorum mənə dedi:  “Sən alt paltarını çıxara bilərsənmi, çünki gözə çarpır, amma o, sənin əynində olmamalıdırlar. Heç nə görünməyəcək”. Mən də dedim ki, “əlbəttə”, - deyə aktrisa yada salıb.

Onun sözlərinə görə, o, bu anın həyatını dəyişdirəcəyini başa düşməmişdi. Bundan sonra aktrisa tamaşaçılardan onun ardınca təkrarlamalarını xahiş edərək, ayağını ayağının üstünə aşırıb.


 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri