15 
Noy
2019
10:53
21
127
2209
Virtual karabakh

Buzova Rusiyanı “Avroviziya-2020”də təmsil edəcək?

15 Noy, 2019
10:53
2209

Buzova Rusiyanı “Avroviziya-2020”də təmsil edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il keçirilən “Jara” beynəlxalq musiqi festivalında çıxış edən, Rusiyanın qalmaqallı müğənnisi Olqa Buzova mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2020” beynəlxalq mahnı yarışmasında ölkəsini təmsil etmək fikrindədir.

Oxu.Az xəbər verir ki, Olqa konsertlərin birində bu barədə söz açıb.

Buzova yarışma ilə bağlı artıq ingilis dilində mahnı hazırladığını, izləyicilərdən isə ona bu yarışmaya getmək üçün dəstək çıxmasını rica edib.

Qeyd edək ki, Olqa Buzovanın dünyada milyonlarla izləyicisi və pərəstişkarı var. O, Rusiya şou-biznesinin ən nüfuzlu nümayəndələrindən biri hesab edilir. Olqa oxuyur, kitab yazır, restoran şəbəkəsi sahibidir, öz geyim markasına malikdir və müxtəlif televiziya layihələrinin aparıcısıdır.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri