19 
Noy
2019
11:24
52
98
2718
Virtual karabakh

Nigarla Aygün “Nəfəsim, qəlbim” dedi - VİDEO

Müğənni Nigar Camal və Əməkdar artist Aygün Bəylər çoxdan gözlənilən layihələrini təqdim ediblər. 

Oxu.Az xəbər verir ki, musiqisi Nigar Camala, sözləri İkram Əliyevə məxsus “Nəfəsim, qəlbim” adlı bəstəyə ikili ekran həyatı verib.

Klipin rejissorluğu isə Əli Zamansoya həvalə olunub.

Çəkilişlər üç gün davam edib. Klip Azərbaycanın dilbər guşələrində - Lənkəran, Astara və paytaxt Bakıda lentə alınıb. Ekran işi üzərində 18 nəfərlik komanda çalışıb.

N.Camal bəstəsi ilə bağlı fikirlərini belə şərh edib:

“Bu mahnının mənim üçün ikiqat özəlliyi var: Birincisi, ilk bəstəmdir. İkincisi, musiqi çox dəyərli bir insana həsr olunub. Sözlərini İkram Əliyev qələmə aldı. Bəstə yaranandan duet olaraq ağlıma gələn yeganə ifaçı, sənətkar, Əməkdar artist Aygün Bəylər oldu. Duyğularımı insanlara istədiyim kimi çatdırmağa sadəcə onun gözəl səsinin qatqısı ola bilərdi...”

Qeyd edək ki, sözügedən klip Nigar Camalın rəsmi “Youtube” kanalında yayımlanıb. Təqdim olunan layihə isə izləyicilər və dinləyicilər tərəfindən maraq və təəccüblə qarşılanıb. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri