21 
Noy
2019
10:54
122
152
5183
Virtual karabakh

“Bu Şəhərdə”dən film həvəskarlarına müjdə: “Şabaş” gəlir - VİDEO

21 Noy, 2019
10:54
5183

“Bu Şəhərdə”dən film həvəskarlarına müjdə: “Şabaş” gəlir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu Şəhərdə” yumortistik teatrı “Ci-Mi” filmindən sonra lentə aldığı növbəti ekran işinin premyerasına hazırlaşır.

Oxu.Az xəbər verir ki, 11 ildən sonra komandanın ssenaristi Müşfiq Abbasov “Şabaş” adlı filmini dekabrın 5-də “CinemaPlus” kinoteatrında film həvəskarların ixtiyarına verəcək.

Ənənəyə sadiq qalaraq, filmin baş rollarını Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov canlandırıb.

“Bu Şəhərdə” yumortistik teatrının ssenari müəllifi Müşfiq Abbasov ərsəyə gətirdikləri ekran işi barədə bunları söyləyib:

“İllər ərzində konsertlərə və qastrol səfərlərinə görə filmə vaxt ayıra bilmirdik. Bu kinonun ssenarisi 10 ildən çoxdur hazır idi, amma saxlamalı olmuşduq. Vaxtımız yox idi. Tamaşaçı öz fikrini deyəcək. Gələcəkdə mütəmadi olaraq film istehsal edib tamaşaçıların ixtiyarına verəcəyik.

Filmdə Rəfael ilə Coşqun musiqiçidirlər. Biri qoşa nağara, digəri isə qarmon ifaçısıdır. Bir gün toylarına getdikləri müğənni ilə pula görə davaları düşür. Sonra isə ayrılırlar. Pulsuz qalmasınlar deyə, bir çox toylara gedirlər. Həmçinin, qadın toylarına da gedirlər. Hələlik bu qədər bəsdir, qalanını kinoteatrda izləyə bilərsiniz”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri